8 noyabr 2023 at 15:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85285098
T T
1 Persons

Tags

Tehranla İqtisadi Əməkdaşlıq Təşkilatı arasında ticarət dövriyyəsi 10,2 milyard dollara çatıb

Tehran - İRNA - İranın Sənaye, Mədən və Ticarət Palatasının Beynəlxalq Əlaqələr və Ticarətin İnkişafı Komissiyasının sözçüsü bildirib ki, İranın İqtisadi Əməkdaşlıq (Economic Cooperation Organization – ECO) Təşkilatı üzvləri ilə ticarət dövriyyəsi bu ilin 21 martından – 22 oktyabrına kimi 10 milyard 200 milyon dollar təşkil edib.

İRNA-nın məlumatına görə, Seyid Ruhullah Lətifi prezidentin Tacikistana səfəri və ECO Sammitində iştirakı ilə eyni vaxtda deyib: Bu ilin 7 ayında İran və İƏT təşkilatının 9 üzvü arasında 10,189,923,013 dollar dəyərində 14,939,483 ton mal mübadiləsi aparılıb ki, bu da çəkidə 18% və dəyərdə 4,5% artıma bərabərdir.

ECO üzvlərinə ixracatın miqdarı haqqında o, bunları söylədi: Bu müddət ərzində ECO-nun üzvləri arasında; Türkiyə 2,749,498,000 dollar, Pakistan 1,140,148,000 dollar və Əfqanıstan 975,528,000 dollar alışla İran mallarının ilk üç ixracat istiqaməti olmuşdur.

Həmçinin İran mallarının ixracına görə 303,315,000 dollarlıq alışla Azərbaycan Respublikası, 251,134,000 dollarla Türkmənistan, 188,716,000 dollarla Özbəkistan ECO təşkilatı üzvləri arasında növbəti pillələrdə qərarlaşıb.

Lətifi ölkəmizin ehtiyac duyduğu malları tədarük etmək üçün İranın ECO-dakı ticarət tərəfdaşlarını belə izah etdi: İrana mal idxalında ilk üç mənbə bu ardıcıllıqladır; Türkiyə 3,759,274,000 dollarla ən çox mal satışı həyata keçirib. Ondan sonra isə, 352,640,000 dollarla Pakistan və 51,338,000 dollarla #Özbəkistan olub.

Həmçinin, Azərbaycan Respublikası 30,394,000 dollarla ECO-ya üzv ölkələr arasında bu ilin yeddi ayında İrana mal ixracında beşinci yerdədir.

1 Persons

Sizin rəyiniz

You are replying to: .